Belaydi Pusi "Turan Tovuz"da - RƏSMİ

15:49 22 Yanvar 2023

"Turan Tovuz" növbəti transferi həyata keçirib.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi Belaydi Pusi ilə anlaşıb.
 

Albaniyalı hücumçu ilə 6 ay+1 il müddətində rəsmi müqavilə bağlanıb.
 

Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.
 

"Vlajniya" yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq "Skenderbeu"nun formasını geyinib.
 

O, bu mövsüm meydana çıxdığı 12 oyunda, 6 qol vurub.


Digər xəbərlər

Xəbər xətti