“Liverpul”un baş məşqçisi Yurgen Klopp karyerasında 1000-ci oyuna çıxması ilə bağlı danışıb.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə xoşbəxt olduğunu dilə gətirib:
“Məncə, bu, böyük nailiyyətdir. Həm də, 1000 çılğın rəqəmdir. Çox xoşbəxtəm. Doğrusu, İngiltərəyə gələndə saqqalımın rəngi fərqli idi. Burada ağardı”.
Həmçinin məşqçi özünü Arsen Venger ilə müqayisə edib:
"Arsen Venger 1000-ci oyununda 6-0 hesabı ilə məğlub olmuşdu. Bu hal mənimlə baş vermədiyi üçün xoşbəxtəm".
Klopp 2015-ci ilin oktyabrından “Liverpul”u çalışdırır. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasını, ölkə kubokunu, superkubokunu, İngiltərə Liqa kubokunu, UEFA Çempionlar Liqasını və Klublararası dünya çempionatını qazanıb.
Qeyd deək ki, almaniyalı mütəxəssisin klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi qüvvədədir.