“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandasının İngiltərə Premyer Liqasında çempionluq şanslarını dəyərləndirib.
Sportarena.az “Goal”-a istinadən xəbər verir ki, o, komandasının düzgün yolda olduğunu deyib:
“İndi Premyer Liqada titul qazana biləcək 6-7 komanda var. Çünki həmin klubların sahibləri komandalarına çox sərmayə qoyurlar. Düzgün tətbiq edilən strategiya ilə bir çox klub turnir cədvəlinin yuxarı pillələrində mövqe tutmaq üçün mübarizə apara bilər.
“Mançester Yunayted” bu yarışda uğur qazana bilərmi? Bəli. Biz düzgün yoldayıq. Mən buna əminəm. Lakin daha da güclənməliyik. Mübarizə inadkarlıq tələb edir”.
Qeyd edək ki, “Qırmızı şeytanlar” bu mövsüm İngiltərə Premyer Liqasında 19 oyundan sonra 39 xalla dördüncü pillədə qərarlaşıb. “Mançester Yunayted” 21-ci tur çərçivəsində bu gün “Arsenal”la üz-üzə gələcək.