"Monpelye"dən 6 milyon avroluq transfer

17:49 22 Yanvar 2023

“Monpelye” heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Mets”dən Bubakar Kuyateni transfer edib.

 

Mərkəz müdafiəçisinin transferi yeni klubuna 6 milyon avroya başa gəlib. Malidən olan 25 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb.

 

Kuyate 2020-ci ilin avqust ayından formasını geyindiyi “Mets”də 74 oyuna çıxıb, 2 qol vurub. O, daha öncə Fransada “Trua”nın da formasını geyinib. Müdafiəçi Mali yığmasında 23 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti