Almaniyanın "Yunion Berlin" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Seltik"dən Yosip Yuranoviçi transfer edib. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
27 yaşlı sağ cinah müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.Berlinlilər Xorvatiya millisinin üzvü üçün Şotlandiya klubuna 8,5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Yosip Yuranoviç "Seltik"ə 2021-ci ilin yayında Varşava "Legiya"sından transfer olunmuşdu. Təcrübəli müdafiəçi cari mövsümdə komandanın heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.