Azərbaycan Basketbol Liqasında 14-cü tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Əvvəlcə “Sərhədçi” və “Gəncə” komandaları üz-üzə gəliblər. Paytaxt təmsilçisi bu görüşdən 86:78 hesabıyla qalib ayrılıb.
Turun son matçı isə lider NTD ilə “Neftçi” İK arasında baş tutub. “Neftçi” bu oyunda daha güclü olub – 86:79.
Xatırladaq ki, daha öncə “AAAF Xırdalan” “Zirvə Astara”ya 100:76, “Sabah” isə “Olimpik Şəki”yə 77:72 hesabıyla qalib gəlmişdi.
Qeyd edək ki, 14 turdan sonra 24 xala malik NTD və “Sərhədçi” şərikli liderdir. “AAAF Xırdalan”la “Sabah”ın 23, “Gəncə”nin 22, “Neftçi”nin 20 xalı var. 16 xalı olan “Zirvə” və “Olimpik” isə sonuncu pilləni bölüşürlər.