“Vulverhempton”la oyunda 3 qol vuran “Mançester Siti”nin futbolçusu Erlinq Haland “şəhərlilər”in niderlandlı keçmiş hücumçusu Rud van Nistelroyun rekordunu yeniləyib.
Sportarena.az xəbər verir ki, İngiltərə Premyer Liqasındakı 19-cu matçında 4-cü het-trikini gerçəkləşdirən norveçli forvard bu göstəriciyə ən tez çatan oyunçu olub. Van Nistelroy bunu 65 oyuna bacarıb.
3-cü sırada Luis Suares (81 oyun), 4-cü yerdə Alan Şirer (86), 5-ci pillədə isə Robbi Fauler (89) qərarlaşıb.
Qeyd edək ki, “Mançester Siti” “Vulverhempton”u 3:0 hesabı ilə məğlub edib.