Polşalı futbolçunun "Qarabağ"la oyunda geyindiyi forma satışa çıxarılıb

12:23 - 23 Yanvar 2023 - Maraqlı

Polşa millisinin və İtaliya "Yuventus"unun futbolçusu Arkadiuş Milikin Fransanın "Marsel" komandasının heyətində Bakıda "Qarabağ"a qarşı keçirilmiş UEFA Konfrans Liqasının pley-off oyununda geyindiyi forma auksionda satışa çıxarılıb.

 

 Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, geyim dəstinin başlanğıc qiyməti 630 Polşa zlotu və ya təqribən 1,575 manatdır.

 

Milik imzalı formasını oyun başa çatdıqdan sonra hakimlər otağına daxil olaraq, həmyerlisi, görüşün referisi Bartoş Frankovskiyə hədiyyə edib. FIFA dərəcəli hakim isə formanı ölkəsinin Nikolay Kopernik universitetinin xeyriyyə məqsədilə təşkil etdiyi hərraca bağışlayıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Marsel" oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubu Fransadakı matçda da rəqibinə uduzub - 1:3.

XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin