"Real"ın yarımmüdafiəçisi Marko Asensio kluba yeni müqaviləsinə əsasən daha çox oyun vaxtı istədiyini bildirib.
Sportarena.az “Marca”ya istinadən xəbər verir ki, futbolçu rəhbərlikdən maaşının artırılmasını da tələb edib.
Asensionun "Real”la hazırkı müqaviləsi mövsümün sonunda başa çatır və futbolçunun illik maaşı 10 milyon avrodur.