Keyn “Tottenhem”də qalmaq istəyir

14:40 23 Yanvar 2023

“Tottenhem”in hücumçusu Harri Keyn komandada oynamağa davam etməkdə qərarlıdır və klubla müqavilənin uzadılması ilə bağlı dialoqa açıqdır.

 

Sportarena.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

 

2021-ci ildən bəri futbolçu ilə klub arasında yeni müqaviləylə bağlı danışıqlar aparılmamasına baxmayaraq, Keyn “Tottenhem”lə dialoqa açıqdır. Yanvarın sonunda cari qış transfer pəncərəsi başa çatdıqdan sonra yeni müqavilə ilə bağlı danışıqların başlanacağı gözlənilir.

 

29 yaşlı forvardın London klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

 

Qeyd edək ki, daha əvvəl Keynlə “Mançester Yunayted” və “Bayern”in maraqlandığı bildirilirdi.


Digər xəbərlər

Xəbər xətti