“Yuventus”un yarımmüdafiəçisi Anxel Di Mariya komandanı tərk etməyəcəyini bildirib.
Sportarena.az xəbər verir ki, “Football Italia”ya istinadən xəbər verir ki, argentinalı Turində xoşbəxt olduğunu söyləyib:
"İndi bizim komandaya keçmək üçün doğru vaxt deyil. Çünki klubun problemləri var. Buna baxmayaraq, “Yuventus” böyük klub olaraq qalır. Əsas odur ki, gücümüzü qoruyaq və ən yaxşı oyunumuzu göstərməyə davam edək. Mən həmişə ailəmin rəyini nəzərə alaraq qərar qəbul edirəm və ailəm Turində xoşbəxtdir. “Yuventus” İtaliyanın ən böyük klubudur. Hər şeydən məmnunuq".
Qeyd edək ki, bir neçə gün əvvəl maliyə saxtakarlığı səbəbindən 15 xalı silinib, rəhbər şəxslərin bir qismi futboldan müəyyən müddətliyinə uzaqlaşdırılmışdı.