“Milan”ın hücumçusu Zlatan İbrahimoviç mövsümün sonunda karyerasını başa vura bilər.
Sportarena.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb. Bildirilib ki, əməliyyat olunduqdan sonra sağalan 41 yaşlı hücumçu bu mövsüm hələ meydana çıxmayıb. Onun Çempionlar Liqasının 1/8 finalında “Tottenhem”lə oyunları buraxacağı da gözlənilir.
İbrahimoviçin yayda karyerasını başa vuracağı, klubun səfiri olacağı gözlənilir.
İsveçli futbolçu sonuncu dəfə ötən il mayın 22-də oynayıb.