Qadın futbolçular arasında Portuqaliya kubokunun 1/4 final mərhələsinin “Benfika” – “Sportinq” matçında (5:0) hakim tarixdə ilk dəfə ağ vərəqə göstərib.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, birinci hissənin sonunda oyunçulardan biri zədələnib. İki klubun həkimləri ona kömək etmək üçün meydana çıxıblar. Hakim onlara təşəkkür olaraq ağ vərəqə göstərib.
Stadiondakı azarkeşlər hakimin bu qərarını alqışlarla qarşılayıblar.
Ağ vərəqə ədalətli oyuna hesablanan bir addımdır.