"Monako"nun müdafiəçisi "Mançester Yunayted" və "Bayern"in hədəfində

15:46 23 Yanvar 2023

"Monako"nun müdafiəçisi Aksel Disasi Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.

 

Sportarena.az xəbər verir ki, "Bayern" və "Mançester Yunayted" 24 yaşlı futbolçunu transfer etmək istəyir. "Monako" Fransa millisinin üzvü üçün 50 milyon avro tələb edib.

 

"Mançester Yunayted" Aksel Disasini transfer etsə, Harri Maquayrla yollarını ayıracaq.

 

Qeyd edə ki, Aksel Disasi "Monako"ya 2020-ci ilin yayında "Reyms"dən transfer olunub. O, cari mövsümdə "knyazlıq" təmsilçisinin heyətində meydana çıxdığı 28 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti