Futbol üzrə Polşa millisinin yeni baş məşqçisi bəlli olub.
Sportarena.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
O, Polşa Futbol İttifaqının (PZPN) Fernando Santosla anlaşdığını yazıb. 69 yaşlı baş məşqçi ilə 2026-cı ilin iyununadək müqavilə imzalanacaq.
Qeyd edək ki, Fernando Santosun son iş yeri Portuqaliya yığması olub. O, Qətərdəki dünya çempionatından sonra istefaya göndərilib. Santos Polşa seçməsində Çeslav Mixneviçi əvəzləyəcək.