Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda Azərbaycan Minifutbol Federasiyası (AMF) və milli komandasını təbrik edib.
Sportarena.az xəbər verir ki, bu barədə o, ilin yekunları ilə bağlı çıxışında bildirib.
F. Juda milli federasiyalara və oyunçulara ilboyu göstərdikləri fəaliyətlərinə görə təşəkkür edib:
“10 illik yubileyi münasibətilə Avropa Minifutbol Federasiyasını (EMF) və nəhayət, son Avropa çempionu olan və öz ölkələrində 2022-ci ilin ən yaxşı kollektiv komandası nominasiyasında fərqlənən Azərbaycan Minifutbol Federasiyası (AMF) və milli komandasını təbrik edirəm. Şübhəsiz ki, EMF AVRO-2022-dəki çıxışlarından dolayı onlar buna layiq idi”.
WMF prezidenti əlavə edib ki, AMF öz fəaliyyəti ilə dünyada minifutbolun inkişafı və təbliğinə nail olub.