Azərbaycan millisinin futbolçusu Rufət Dadaşov formasını geyindiyi Almaniya klubu “Şalke”nin ikinci komandasının yoxlama görüşünü yarımçıq saxlatdırıb.
Sportarena.az “waz.de”yə istinadən xəbər verir ki, 32 yaşlı kapitan “Vattenşid”lə matçın əvvəlindən ot örtüyünün yararsız halda olması ilə bağlı baş məşqçini məlumatlandırıb.
Dadaşov bir neçə dəfə qarşılaşmanın dayandırılmasını istəyib. Nəhayət, onun ardıcıl tələbindən sonra baş məşqçilər və baş hakim arasında müzakirə olub. Nəticədə “Şalke”nin U-23 komandası hesabda 1:0 öndə olarkən görüş yarımçıq dayandırılıb. Eyni problem ucbatından “Şalke”nin U-17 komandasının “Oberhauzen”lə oyunu da ləğv edilib.
Qeyd edək ki, Rüfət Dadaşov 2021-ci ildən “Şalke”nin əvəzedici heyətində çıxış edir.