"Qalatasaray"ın forvardı İtaliya klubuna keçir

19:26 23 Yanvar 2023

"Qalatasaray"da ümidləri doğrultmayan Haris Seferoviç İstanbul təmsilçisindən ayrılacaq.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı forvard karyerasını İtaliyada davam etdirə bilər. İsveçrəli hücumçunun xidmətində "Salernitana" maraqlıdır. A Seriyası təmsilçisi futbolçu üçün danışıqlara start verib.

 

Qeyd edək ki, "Qalatasaray" Haris Seferoviçi mövsümün əvvəlində "Benfika"dan 1 illik icarəyə götürüb. Təcrübəli forvard "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 13 rəsmi matçda 2 qol vurub


Digər xəbərlər

Xəbər xətti