İspaniyanın “Valyadolid” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, La Liqa təmsilçisi Venesuela millisinin hücumçusu Darvin Maçisi transfer edib.
Azad agent statusuna 29 yaşlı forvardla 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.
Maçis ötən ilin yayından Meksika “Xuares”inin formasını geyinirdi. O, bu komandada 11 oyuna 1 qol vurub. Hücumçu daha öncə İspaniyada “Qranada”, “Herkules”, “Hueska”, “Leqanes” və “Kadis”in də formasını geyinib. O, Venesuela yığmasında 36 oyuna 9 qol vurub.