Gənclər və idman naziri Böyük Britaniya səfirini qəbul etdi

20:20 23 Yanvar 2023

Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 23-də Böyük Britaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Ferqus Auldunu qəbul edib.

 

Sportarena.az xəbər verir ki, qonağı salamlayan nazir Fərid Qayıbov ona ölkəmizin gənclər siyasəti və idman uğurları barədə məlumat verib. Nazir Azərbaycanla Böyük Britaniya arasında hər iki sahədə əlaqələrin uzun illərdir davam etdiyini, bunun ölkələrimiz üçün də faydalı olduğunu bildirib.

 

Səfir Ferqus Auldun səmimi qəbula görə təşəkkür edib. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

 

Görüşdə Böyük Britaniya Səfirliyinin siyasi məsələlər üzrə ataşesi Abbi Mozervel də iştirak edib.


Digər xəbərlər

Xəbər xətti