“Veles Sarsfild”in yarımmüdafiəçisi Maksimo Perrone “Mançester Siti”yə keçib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingilislər 20 yaşlı argentinalı yarımmüdafiəçi üçün 11 milyon avro ödəyib.
Müqavilə 30 iyun 2028-ci il tarixinədək imzalanıb.
Perrone "Veles Sarsfild"in yetirməsidir.
O, 33 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə var.