Afrika Millətlər Kuboku: Madaqaskar və Qana 1/4 finalda

Sportarena.az      24 Yanvar 2023 , 09:33

Afrika Millətlər Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş qitə birinciliyində bu gün daha bir qarşılaşma baş tutub.

 

Madaqaskar millisi Sudan yığması ilə qarşılaşıb və 3 cavabsız qolla qalib gəlib. Maksimum nəticə ilə irəliləyən bu komanda 1/4 finala qrup lideri kimi çıxıb.

 

Mərakeşin turnirdən imtinası səbəbindən, Qana yığması bu dəfə oynamadan 3 xal qazanıb və qrup ikincisi kimi 1/4 finala yüksəlib.

 

Daha öncə Əlcəzair, Mozambik, Seneqal və Fil Dişi Sahili yığmaları da 1/4 finala vəsiqəni təmin etmişdilər.

 

Afrika Millətlər Kuboku

C qrupu

23 yanvar

Sudan – Madaqaskar 0:3

Qol: Randriantsiferana, 13. Razafidranaivo, 30. Rafanomezantsoa, 33.

 

Xal: Madaqaskar – 9. Qana – 6. Sudan – 3. Mərakeş – 0.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin