Türkiyə Super Liqasında 20-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, son gündə daha 2 qarşılaşma baş tutub.
“Ankaragücü” səfərdə “Konyaspor”a, “Fənərbaxça” isə “Ümraniyəspor”a qalib gəlib.
Hazırda 45 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” 41 xalla ikinci, “Başakşəhər” 37 xalla üçüncü pillədə qərarlaşıb. “Beşiktaş”la “Trabzonspor” isə 35 xal toplayıb.
Türkiyə Super Liqası
20-ci tur
23 yanvar
Konyaspor – Ankaragücü 0:1
Qol: G.Zahid, 51.
Ümraniyəspor – Fənərbaxça 1:2
Qol: U.Nayir, 78 – Batşuayi, 73. Qlumaç, 89-öz qapısına.