Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb.
Sportarena.az xəbər verir ki, APL-də 19-cu tura start verilib.
Turun ilk oyununda iki bölgə təmsilçisi üz-üzə gəlib. "Kəpəz" Gəncədə "Qəbələ"ni qəbul edib.
Gəncə təmsilçisi ilk hissəni 2:0 hesabı ilə öndə bitirsə də, "Qəbələ" ikinci hissədə 2 qol vurmağı bacarıb. Matç bu hesabla da başa çatıb - 2:2.
Misli Premyer Liqası
XIX tur
24 yanvar
"Kəpəz" 2:2 "Qəbələ" (yekun)
A. Ayzaya 18-P
M. Junior 42-P
R. Renato 65
Ü. İskəndərov 80
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
VAR: Rauf Allahverdiyev
AVAR: Elşad Abdullayev
Gəncə şəhər stadionu
"Kəpəz": 71. Mario Mustapiç, 40. Ahmed Ayzaya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu, 74. Yusif Nəbiyev (k), 70. Nicat Süleymanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 20. Mahir Həsənov
“Qəbələ”: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 27. Məqsəd İsayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani