Mbappe PSJ-nin tarixinə düşdü

10:42 24 Yanvar 2023

PSJ Fransa kubokunun 1/16 finalında “Pei de Kassel”lə qarşılaşıb (7:0).

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, bu oyun fransalı hücumçu Kilian Mbappe üçün əlamətdar olub. 24 yaşlı futbolçu karyerasında ilk dəfə bir matçda 5 qol vurub. Bununla da, o, PSJ-də penta-trik edən ilk oyunçu olub.

 

Forvard bundan öncə bir matçda 4 dəfə rəqib qapısından top keçirib. O, bunu 2 dəfə bacarıb.

 

Mbappe ilk dəfə 2018-ci ilin oktyabrın 7-də Fransa çempionatının PSJ – “Lion” qarşılaşmasında debüt edib.

 

PSJ Fransa kubokunun 1/8 finalında “Marsel”lə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti