Keyn rekorda şərik oldu

12:39 24 Yanvar 2023

Harri Keyn "Tottenhem" klubunun ən çox qol atan oyunçusu adına şərik çıxıb.

 

Sportarena.az xəbər verir ki, hücumçu buna "Fulhem" qarşısında fərqlənməklə nail olub.

 

Ulduz oyunçu bu nominasiyada Cimmi Grivişə ( 379 matça 266 qol) çatıb. Keyn 266 (62 asist) qol vumağı 415 matçda fərqlənməklə bacarıb. 

 

Qeyd edək ki, "Fulhem" - "Tottenhem" matçı qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1.


Digər xəbərlər

Xəbər xətti