Voleybolçu qadınlar arasında Azərbaycan Yüksək Liqasında I dövrəyə yekun vurulub.
Sportarena.az xəbər verir ki, III turun son oyununda "Abşeron" UNEC-lə qarşılaşıb. Voleybol Mərkəzində keçirilən matçda Famil Ağayevin rəhbərlik etdiyi komanda inamlı qələbə qazanıb - 3:0 ( (25:13, 25:19, 25:16).
Turun və günün ilk qarşılaşmasında "Murov" "Azərreyl"ə 1:3 hesabı ilə uduzub.
Beləliklə, 3 turdan sonra xal itirməyən “Azərreyl” 9 xalla turnir cədvəlinə başçılıq edir. 6 xala malik “Murov” ikinci, ondan 3 xal geri qalan “Abşeron” üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.