Kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib.
Sportarena.az xəbər verir ki, ikinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə etməklə, Vüqar Əsədli isə Məhəmməd Muradlıya qalib gəlməklə adlarını həlledici oyuna yazdırıblar.
Sözügedən şahmatçılar yarımfinalın ilk görüşündə rəqiblərini məğlub etmişdilər.
Final yanvarın 26 və 27-də oynanılacaq. İki görüşdən sonra qalib olmasa, finalçılar arasında tay-brek oynanılacaq.
Eltac Səfərli və Məhəmməd Muradlı isə 3-cü yer uğrunda qarşılaşmada üz-üzə gələcəklər.