“Qarabağ” yeni transferini açıqladı - RƏSMİ

23:21 24 Yanvar 2023

“Qarabağ” yeni transferini rəsmən açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu Albaniya yığmasının hücumçusu Redon Cicanı heyətinə qatıb.

 

Bu barədə klubun sosial şəbəkə hesabında video paylaşılıb. 24 yaşlı hücumçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Cicanın əvvəlki klubu Albaniya “Tirana”sıdır. O, daha öncə “Laçi”nin də formasını geyinib. Hücumçu Albaniya yığmasında da 2 oyun keçirib.


Xəbər xətti