Portuqaliyalı məşqçi Fernando Santosun Polşa yığmasına rəhbərlik edəcəyi dəqiqləşib.
Sportarena.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
68 yaşlı mütəxəssilə DÇ-2026-nın sonunadək müqavilə imzalanıb. Təcrübəli məşqçi yeni təyinatı açıqlandıqdan sonra ictimaiyyətə təqdim olunub.
Xatırladaq ki, Santos son 8 ildə Portuqaliya yığmasına rəhbərlik edirdi. O, sözügedən komandaya ilk Avropa çempionluğu (2016) və UEFA Millətlər Liqasının qalibi (2019) adını qazandırıb.