Leypsiq" və "Volfsburq"dan darmadağın, "Bayern"dən xal itkisi- VİDEOLAR

12:00 25 Yanvar 2023

Almaniya Bundesliqasında 17-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

 

“Şalke” evdə “Leypsiq”ə, “Herta” isə “Volfsburq”a böyük hesabla uduzub. “Hoffenhaym” – “Ştutqart” matçında qalib müəyyənləşməyib. Lider “Bayern” də “Köln”lə ev oyunundan xal itkisi ilə ayrılıb. Münhenlilər ötən tur da xal itirmişdilər.

 

Almaniya Bundesliqası

17-ci tur

24 yanvar

Şalke – Leypsiq 1:6

Qol: Kozuki, 56 – A.Silva, 7; 44. Henriks, 15. Verner, 45+2. Olmo, 83. Poulsen, 89.

 

Bayern – Köln 1:1

Qol: Kimmix, 90 – Sxiri, 4.

 

Herta – Volfsburq 0:5

Qol: Svanberq, 4. Arnold, 31. Vind, 34. Baku, 72. Marmuş, 86.

 

Hoffenhaym – Ştutqart 2:2

Qol: Kramariç, 11. 90+4 – Jirassi, 45+5. Endo, 77.


Xəbər xətti