“Unutmayaq ki, bu gün qarşımızda “Qarabağ” var idi” - Ayxan Abbasov

16:30 25 Yanvar 2023

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 19-cu turunun oyununda doğma meydanda “Qarabağ”a məğlub olub (2:3).

 

Sportarena.az xəbər verir ki, oyundan sonra “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov matçla bağlı fikirlərini bölüşüb:

“Üçüncü dövrəyə xalla başlamaq istəyirdik, azarkeşlərimizin qarşısında oynayırdıq. Maraqlı oyun oldu, azarkeşlər futboldan zövq ala bildi. Son dəqiqlərdə buraxılan qol bir az ümidsizlik yaratdı. Amma futbolçularımdan razı qaldım. Növbəti oyunlara hazırlaşacağıq.

Zədəli futbolçularımız da artıq qayıdıblar. Siyanda Xulu bu gün ikinci hissədə meydana daxil oldu. Henri hələ tam formada deyil. Yeni oyunçulardan Denis Marandiçi komandaya uyğunlaşır. 90 dəqiqə mübarizə aparmağa gücü çatmır, uzun müddət futbolsuz qalıb. Dörd-beş gündən bir oyunlar olur. Heyətdə rotasiyalar olacaq. Unutmayaq ki, bu gün qarşımızda “Qarabağ” var idi”.


Digər xəbərlər

Xəbər xətti