“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyun haqda (1:3) fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
"Oyunun necə keçdiyini siz daha yaxşı gördünüz. Birinci hissədə yaxşı, hərəkətli oynayırdıq. Rəqibə boşluqlar, epizodlar vermədik. Baxmayaraq ki, hücumameyilli, yaxşı oyunçuları var. İlk yarıdan çox yaxşı təəssüratla ayrıldıq. Əfsuslar olsun ki, mərkəz müdafiəçimizi itirdik. Əvəzedicisi də yox idi. Bu, komandaya və planlara təsir edəcəkdi. Buraxılan qollarda da özünü göstərdi. Vurğun Hüseynov matçdan əvvəl zədələndi. Amma oyuna çıxdı və davam edə bilmədi. Planlarımız pozuldu. Rəqibin təzyiqi və başqa cür oyunu var idi. Biz qopduq. Muradı arxaya çəkdik və mərkəzi rəqibə verdik. Üç qol vurmaq "Zirə"nin səviyyəsini ortaya qoyur. Amma ilk yarıdan razıyıq. Bu cür itkilər olmasa, oyunumuzu daha da yaxşılaşdıra bilərik. Yeni oyunçularımız da meydanda idi. Bu çempionatı tanımırlar. Başa düşürük. Ümid edirik ki, gələn oyunlarda daha yaxşı olarlar.
Bir mərkəz müdafiəçisi zədələnirsə, onu əvəz edən olmalıdır. Digəri də zədəlidirsə, problem yaşaya bilərsən. Dayaq yarımmüdafiəçisini müdafiəyə atdıq. Rüfəti də dayaq yarımmüdafiəçisi kimi oynatdıq. Ortada boşluqlar verdik, arxa da asan keçiləsi yer oldu. Birinci hissəyə diqqət etsəz, epizod vermədik. Amma sonradan üç qol buraxdıq. Çünki mərkəz müdafiəçisi yox idi, dayaq sağlam deyildi".