“Real” və “Barselona” klubları “el klasiko” brendini qeydiyyatdan keçirib.
Sportarena.az “sport.es”-ə istinadən xəbər verir ki, klublar 2017-ci ildən bunu etməyə çalışsalar da, əvvəllər onlara rədd cavabı verilib. Amma artıq bundan sonra hər iki klub yoldaşlıq görüşlərindən faydalana və ya imicdən istifadə edərək, ortaq biznes bazarı aça biləcək.
“El klasiko” brendinin hüquqları ilə bağlı mübahisə 2017-ci ildə, “Real” və “Barselona”nın La Liqa rəhbərliyinin onu qeydiyyata almaq cəhdinə qarşı çıxması ilə başlayıb. La Liqanın prezidenti Xavyer Tebas əmtəə nişanının qeydiyyatından imtina qərarı ilə bağlı Avropa İttifaqının Əqli Mülkiyyət Ofisinə (EUIPO) müraciət edib. Lakin Avropa İttifaqının ümumi məhkəməsi 2021-ci ildə La Liqa rəhbərliyinin şikayətini rədd edib.