Millətlər Liqası: “Dördlər finalı”nın püşkü atıldı

15:15 25 Yanvar 2023

UEFA Millətlər Liqasında “Dördlər finalı”nın püşkü atılıb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada yarımfinal cütləri məlum olub.

 

Püşkə görə, İspaniya İtaliya ilə, Niderland Xorvatiya ilə qarşılaşacaq.

 

“Dördlər finalı” 14-18 iyunda Niderlandın Rotterdam və Enshede şəhərlərində keçiriləcək. İyunun 14-də və 15-də yarımfinal matçları, 18-də isə final oyunu olacaq.


Digər xəbərlər

Xəbər xətti