Ayaz Quliyevin komandasına transfer qadağası qoyuldu

21:51 25 Yanvar 2023

Rusiyanın “Ximki” klubuna transfer qadağası qoyulub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

 

Xəbərdə bildirilir ki, qərar qurumun Mübahisəli Məsələlərin Həlli Palatasının iclasında qəbul edilib. Rusiya Premyer Liqasında çıxış edən klub “Joint Industries Limited Partnership” şirkəti qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün bu sanksiya ilə üzləşib. Bildirilib ki, “Ximki” üzərinə götürdüyü şərtlərə əməl etsə, transfer qadağası ləğv oluna bilər.

 

Qeyd edək ki, “Ximki” klubunun səhmdarı azərbaycanlı iş adamı Tufan Sadıqovdur. AFFA-nın milliyə cəlb etmək istədiyi Ayaz Quliyev də hazırda bu komandada çıxış edir.


Digər xəbərlər

Xəbər xətti