Qış fasiləsində "Sumqayıt"dan ayrılan Filipe Çabi karyerasını Portuqaliyada davam etdirəcək.
Sportarena.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ölkəsinin "Belenenseş" klubuna keçib. Bu barədə III Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti barədə məlumat verilməyib.
Qeyd edək ki, Filipe Çabi "Sumqayıt"a mövsümün əvvəlində transfer olunmuşdu. Portuqaliyalı futbolçu "kimyaçılar"ın heyətində 16 rəsmi matçda meydana çıxıb.