“Borussiya” əlavə vaxtda sevindi - VİDEO

09:34 26 Yanvar 2023

Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

 

“Frayburq” – “Ayntraxt” matçı heç-heçə bitib. “Verder” doğma meydanda “Union Berlin”ə, “Maynts” isə Dortmund “Borussiya”sına uduzub. “Auqsburq” “Borussiya” (Mönhenqladbax), “Bayer” də “Bohum”la ev oyunundan qalib ayrılıb.

 

Hazırda 36 xala malik “Bayern” vahid liderdir. “Union Berlin” 33 xalla ikinci, “Leypsiq” isə 32 xalla üçüncüdür. “Ayntraxt”, Dortmund “Borussiya”sı və “Frayburq” 31 xal toplaya bilib.

 

Almaniya Bundesliqası

17-ci tur

25 yanvar

Maynts – Borussiya (Dortmund) 1:2

Qol: Li, 2 – Ryerson, 4. Reyna, 90+3.

 

Auqsburq – Borussiya (Mönhenqladbax) 1:0

Qol: Berişa, 82.

 

Bayer – Bohum 2:0

Qol: Tapsoba, 8. Hlojek, 53. 

 

Frayburq – Ayntraxt 1:1

Qol: Ginter, 47 – Muani, 42.

 

Verder – Union Berlin 1:2

Qol: Piper, 13 – Haberer, 18. Behrens, 46.


Digər xəbərlər

Xəbər xətti