İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
“Nottingem Forest”in qonağı olan “Mançester Yunayted” 3 cavabsız qolla qələbə qazanıb və finala vəsiqəni demək olar ki, təmin edib.
Cavab qarşılaşmaları 1-2 fevralda baş tutacaq.
İngiltərə Liqa Kuboku
Yarımfinalın ilk oyunları
25 yanvar
Nottingem Forest – Mançester Yunayted 0:3
Qol: Raşford, 6. Veqhorst, 45. B.Fernandes, 89.