Fransanın “Dijon” klubunun futbolçusu Yassin Benzia karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportarena.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”la müqavilə imzalamağa çox yaxındır. Ağdam klubu əlcəzairli oyunçuya 2,5 illik müqavilə təklif edib.
Benzia cari mövsümdə komandasının heyətində meydana çıxmayıb.
Yassin Benzia Fransada “Lion”, “Lill”, Yunanıstanda “Olimpiakos”, Türkiyədə “Fənərbaxça” və “Hatayspor” klublarının formasını geyinib. Əlcəzair millisinin sabiq futbolçusu Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.