Xorvatiyada Zaqreb "Dinamo"sunun hazırkı heyəti müzakirə edilərkən iki hücumçu - Bruno Petkoviç və Mahir Emreli arasındakı rəqabətə toxunulub.
Sportarena.az "Večernji list"ə istinadən xəbər verir ki, xorvatiyalı həmkarlarımız milli komandamızın hücumçusu Emrelinin zədəsinin əsas heyətə düşməsinə mane olduğunu yazıb:
"Petkoviç məşqlərə qayıdır. Baxmayaraq ki, şənbə günü "Lokomotiva"lə oyunda iştirak etməməlidir. Emrelinin belindəki zədəsi sağalsaydı, Petkoviçlə əsas heyət uğrunda rəqabət apara bilərdi. Amma onun bu, xroniki zədəyə çevrilib".