“Borussiya” (Dortmund) Almaniya Bundesliqasının 17-ci turunda “Maynts”ı məğlub edib (2:1).
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç Dortmund təmsilçisi üçün əlamətdar olub. Belə ki, “Borussiya” cari mövsümdə əvəzedici heyətdən meydana çıxan futbolçularının qol sayına görə Bundesliqada lider olub.
Dortmund təmsilçisinin futbolçuları 8 dəfə fərqlənib.
“Borussiya” Bundesliqada 31 xalla 5-ci pillədə qərarlaşıb.