“Qarabağ” öz rekordunu təkrarladı

14:48 26 Yanvar 2023

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə 50-ci qolunu vurub.

 

Sportarena.az xəbər verir ki, yubiley 19-cu turun “Turan Tovuz”la oyununa (3:2) təsadüf edib. Qarşılaşmada komandasının ikinci qoluna imza atan Ramil Şeydayev yubiley topunun müəllifi olub. Ağdam klubu 50 qol həddinə 19 matçda çatmaqla son 18 ilin rekorduna imza atıb.

 

Belə məhsuldarlığa sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. “Qarabağ” 19 qarşılaşmada 51 qol vurub. Tovuzdakı oyunda qol sayını 51-ə çatdıran Qurban Qurbanovun yetirmələri 19 il əvvəlki göstəricisini təkrarlayıb. Bu, klub tarixinin 19 tur üçün rekordudur.

 

Ölkə çempionatları tarixində ilk 19 görüşdə ən çox qol vuran komanda “Kəpəz”dir. Gəncəlilər 1998/99 mövsümünün müvafiq hissəsində 66 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti