Futbol üzrə Meksika millisinin yeni baş məşqçisi bəlli olub.
Sportarena.az "Fox Sports"a istinadən xəbər verir ki, komanda uruqvaylı Gilyermo Almadaya tapşırılacaq.
O, bu postda Xerardo Martinonu əvəzləyəcək.
54 yaşlı mütəxəssis hazırda ölkənin "Paçuka" komandasında işlədiyi üçün mövsüm başa çatdıqdan sonra yığmanın sükanı arxasına keçəcək.
Həmin vaxtadək Xayme Losano baş məşqçi kimi fəaliyyət göstərəcək. O, daha sonra Almadanın köməkçisi olacaq.