"Bu cür penalti yolverilməzdir" - Laurentsiu Regekampf

21:16 26 Yanvar 2023

“Oyuna çox pis başladıq. Rəqibə böyük hədiyyə elədik. Bu cür penalti yolverilməzdir”.

 

Sportarena.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları Premyer Liqanın XIX tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

 

Rumıniyalı mütəxəssis buraxılan ikinci topun yolverilməz olduğunu deyib:

"Ondan sonra dönüş etmək çətin oldu. Kiçik şansımız oldu, bundan da yararlana bilmədik. Ondan sonra da oyun bizim üçün bitmişdi. Bu gün bizim günümüz olmadı. Təlim-məşq toplanışı dövründə zədə ilə bağlı problemlərimiz oldu. Bir növ bəxtsizlik yaşadıq. Zədəlilərimizin tezliklə komandaya qayıtmalarına çalışırıq. Həmçinin, yeni gələnlərin tez uyğunlaşmalarını istəyirik. Onlar komandaya gec qoşuldular. Komandada bu cür oyunçuların olmasına çox sevinirəm".

 

O, qarşıdakı günlərdə daha bir transfer edəcəklərini söyləyib:

"Güclü heyət qurmağa çalışırıq. Məqsədimiz kuboku qazanmaq və yayda Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq olacaq".

48 yaşlı məşqçi matçın baş hakimi Əliyar Ağayevi Azərbaycanın ən güclü referisi hesab edib: "Məşqçi kimi aqressiv olursan, bəzən komandanın xeyrinə qərar istəyirsən. Hakimlik yaxşı idi".

 

Regekampf əsas rəqibləri "Sabah" və "Qarabağ"la oyunlardakı məğlubiyyətlərlə bağlı sualı belə cavablandırıb:

"Güclü olmaq üçün əziyyət çəkməlisən. "Qarabağ" da ilk illərində heyətin formalaşması üçün çalışdı. Bizə də vaxt lazımdır. Ötənilki "Sabah"la builki "Sabah" arasında da böyük fərq var. Onları məğlub etmək üçün çox yaxşı olmalısan. Rəqiblə bir matçımız qalıb. Həmin görüşə də hazır olmalıyıq".

 

Baş məşqçi Qodsvey Donyo və Yusuf Lavalın komandadan ayrılmasına da münasibət bildirib:

"Lavalın müqaviləsinin sonuna 6 ay vaxt qalmışdı. Sözləşməsini yeniləmək istədik, qəbul etmədi. Toplanış zamanı bunu bacaracağımızı düşünürdük. Amma artıq Portuqaliya klubu ilə anlaşmışdı. Eyni hal Qodsvey Donyoda da baş verdi. Komandasını dəyişmək istədi. Onu məcbur saxlaya bilməzdik".


Digər xəbərlər

Xəbər xətti