"Şalke" daha iki futbolçu transfer etdi

09:52 27 Yanvar 2023

Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçularla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, sözügedən klub “Union Berlin”dən Tim Skarkeni, Fransa “Loryan”ından isə Morits Yensi icarəyə götürüb. Hər iki futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

 

Skarke “Haydenhaym”ın yetirməsidir. “Union Berlin” “Darmştadt”da da oynamış 26 yaşlı vingeri 2022-ci ildə transfer etmişdi. Yarımmüdafiəçi bu komandada cəmi 6 oyun keçirib.

 

Yens isə peşəkar karyerasına “Lozanna Sport”da başlayıb. 23 yaşlı alman müdafiəçi 2021-ci ildə 3.5 milyon avro qarşılığında “Loryan”a keçib. O, bu komandanın heyətində cəmi 18 matça çıxıb və 1 qol vurub. Mərkəz müdafiəçisi bu mövsümün ilk dövrəsini Şotlandiyanın “Seltik” klubunda icarədə keçirib.

 

Yensi “Şalke”yə göndərən “Loryan” yarımmüdafiəçisi Kventin Busqarı da “Po” klubuna icarəyə verib. Fransadan olan 25 yaşlı futbolçu da bu mövsümün sonuna kimi icarədə oynayacaq. “Tuluza”nın yetirməsi olan Busqar bu klubda olarkən, 2018/19 mövsümündə də “Po”da icarədə oynayıb. “Loryan” yarımmüdafiəçini 2020-ci ilin iyul ayında 2 milyon avroya transfer edib. Futbolçu bu komandada 58 oyuna 4 qol vurub.


Digər xəbərlər

Xəbər xətti