Azərbaycan klublarının 2022-ci ildə transferlərə xərclədiyi vəsait bəlli olub.
Sportarena.az xəbər verir ki, bu barədə FIFA-nın açıqladığı hesabatda bildirilib.
Qeyd olunub ki, ölkə təmsilçiləri futbolçu keçidləri üçün ümumilikdə 1,5 milyon ABŞ dolları ödəyiblər.
Xatırladaq ki, ötən il Azərbaycanda 103 futbolçu transferi həyata keçirilib.