Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" klubu Səudiyyə Ərəbistanı Super Kubokunda mübarizəni dayandırıb.
Sportarena.az xəbər verir ki, yarımfinalda "Əl-İttihad"a 1:3 hesabı ilə uduzan Ər-Riyad təmsilçisi turnirlə vidalaşıb.
Meydana start heyətində çıxan 38 yaşlı hücumçu əvəzlənmədən oynayıb. "Əl-Nəsr"in yeganə qoluna 90+1-ci dəqiqədə Anderson Taliska imza atıb.
Qeyd edək ki, Kriştiano Ronaldo bu ay Səudiyyə Ərəbistanı təmsilçisi ilə 2 illik müqavilə bağlayıb.