Kişi şahmatçıların Azərbaycan çempionatında ilk final gününün oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, çempionluq mübarizəsində Vüqar Əsədli Vasif Durarbəylini məğlub edərək üstünlük əldə edib.
Üçüncü yer uğrunda görüşdə Eltac Səfərli Məhəmməd Muradlı ilə heç-heçə edib.
Bu gün şahmatçılar arasında cavab görüşləri keçiriləcək. İki görüşdən sonra hesab bərabər olarsa, qalibin adı tay-brekdə məlum olacaq.