“Azərbaycanla oyunda dönüş etmək istəyirəm” - Avstriyalı futbolçu

11:41 27 Yanvar 2023

“AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla ilk oyununda heyətdə yer alaraq, dönüş etmək istəyirəm”.

 

Sportarena.az xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Patrik Vimmer deyib.

 

22 yaşlı hücumameyilli oyunçu martda start götürəcək seçmə mərhələdə uğur qazanmaq iqtidarında olduqlarını bildirib:

“Ralf Ranqnik kimi çox yaxşı baş məşqçimiz var. O, futbolçu heyətinin imkanları ilə uğurlu iş görə bilər. Fikrimcə, bu komanda qrupda istədiyi nəticəni qazanacaq gücdədir. Mən də yığma ilə davam etmək arzusundayam. Ümid edirəm ki, martdakı matçlarda heyətdə yer alacağam”.

 

Qeyd edək ki, Patrik Vimmer Avstriya yığmasında yeganə oyununu 2022-ci ilin iyununda Danimarka ilə matçda keçirib. AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda isə Avstriya ilə Azərbaycan seçmələri martın 24-də Linz şəhərində üz-üzə gələcəklər.


Digər xəbərlər

Xəbər xətti